Ambidekstriya
Ambidekstriya (lat. ambi — "hər ikisi" və dexiteros — "sağ əl") — anadangəlmə və ya məşqlər yolu ilə hər iki əlin eyni dərəcədə inkişaf etmiş funksionallığa sahib olması və insanın hər iki əli ilə eyni çeviklik və effektivliklə hərəkət etmə qabiliyyəti.
Anadangəlmə ambidekstrlərə çox nadir hallarda rast gəlinir və uşaqların təxminən 1%-i bu xüsusiyyətə anadangəlmə sahib olurlar. Belə uşaqlar çox vaxt müəyyən sağlamlıq, danışıq və təhsil problemləri yaşayırlar.[1] Sonradan qazanılmış ambidekstriya, adətən solaxaylarda müşahidə edilir. Belə ki, onlar gündəlik həyata uyğunlaşmaq üçün sağ əllərini də daim istifadə etmək məcburiyyətində qalırlar. Çünki bir çox məişət əşyası və ya istehsal və iş prosesləri sağ əlin istifadəsini tələb edir.
Ambidekstriyanın əksi, yəni insanın hər iki əlini istifadə etməkdə çətinlik çəkməsi ambisinistriya adlanır.
Maraqlı faktlar
[redaktə | mənbəni redaktə et]- C.R.R.Tolkienin əsərlərindəki elflər ambidekstrdirlər.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ ""Mixed-handed children more likely to have mental health, language and scholastic problems, study finds."". 2011-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-17.