Canavardiş
Canavardiş | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Canavardiş |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Canavardiş (lat. Lycodon) — Cins adı yunan dilindən lykos (canavar) və odon (diş) sözlərindən düzəlib. Bədən uzunluğu 40-100 sm. Toranlıq sevən olurlar və gizli gecə həyatı keçirirlər, gecə aktiv olurlar. Əsasən tropik və subtropik meşələrin sakinləridirlər. Suilanı fəsiləsindən olan zəhərsiz ilan cinsidir.
Canavardiş ilanların içəriyə doğru əyilmiş yuxarı çənə sümüyü var. Ön tərəfdə, 2-3 dənə dişi daha böyük olur. 30-adək növü var. Eninəzolaqlı Canavardiş Qərbi və Orta Asiyanın dağlıq yarımsəhra və çöllərində də yayılmışdır. Rəngləri ağ və ya sarı zolaqları olan qara, yaxud tünd-qəhvəyi olur, qarnı açıq rəngdə olur. Cox zaman daşların altında, torpaq çatlarında və heyvan yuvalarında sığınacaq tapırlar. Xırda kərtənkələlərlə və siçanlarla qidalanırlar.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Pyron R. A., Burbrink F. T., Wiens J. J. A phylogeny and revised classification of Squamata, including 4161 species of lizards and snakes (ing.). // BMC Evol. Biol. BMC, Springer Science+Business Media, 2013. Vol. 13, Iss. 1. P. 93. ISSN 1471-2148 doi:10.1186/1471-2148-13-93 PMID:23627680
- ↑ "IUCN: Lycodon". IUCN. Arxivləşdirilib 2021-04-10 at the Wayback Machine "Arxivlənmiş surət". Archived from the original on 2021-04-10. İstifadə tarixi: 2021-04-10.