Con Ostin
Con Ostin | |
---|---|
ing. John Austin | |
Doğum tarixi | 3 mart 1790[1][2][…] |
Vəfat tarixi | 1 dekabr 1859[3][4] (69 yaşında) |
Əsas maraqları | fəlsəfə |
Vikianbarda əlaqəli mediafayllar |
Con Ostin (ing. John Austin; 3 mart 1790[1][2][…] – 1 dekabr 1859[3][4]) — ingilis hüquqşünası.
Hüquqi pozitivizm prinsiplərinin nəzəri cəhətdən əsaslandırılması ilk dəfə Con Ostindən başlamışdır. Con Ostin Ceremi Bentamın utilitarizminin davamçısıdır. İngiltərə və ABŞ-nin hüquqi elmlərində Ostinin əsərlərinin təsiri altında analitik hüquqşünaslıq adı ilə tanınmış nümayəndəli məktəb formalaşmışdır.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Con Ostin 1832-ci ildə London Universitetində oxuduğu mühazirələrin bir hissəsini "Hüquqşünaslıq sahələrinin müəyyənləşdirilməsi" adı ilə kitab halında çap etdirmişdir[5]. Bütövlükdə onun "Hüquqşünaslıq və ya pozitiv hüquq fəlsəfəsi üzrə mühazirələr"i 1863-cü ildə ölümündən sonra nəşr edilmişdir.
Ostin təbii hüququ və dövlətdə fəaliyyətdə olan qanunlara qiymətləndirici yanaşmanı inkar etmirdi, ancaq bu problemləri hüquqşünaslıq hüdudlarından kənara çıxarmışdı. O, insanın cəmiyyətdə davranışını müəyyən edən qanunların aşağıdakı növlərini ayırırdı:
- ilahi qanunlar — Ostin bu termini daha üstün tutur və təbii hüquqdan daha dəqiq hesab edirdi.
- rəylərə əsaslanan pozitiv əxlaq qanunları — məsələn, vicdan qanunları
- dövlət hakimiyyətinin təyin etdiyi pozitiv qanunlar
Göstərilən qanun növləri, müvafiq olaraq, etika və ya dentologiya, əxlaq elmi və hüquqşünaslıq kimi elmləri öyrənir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Lundy D. R. John Austin // The Peerage (ing.).
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118505181 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 1 2 John Austin (legal philosopher) // SNAC (ing.). 2010.
- ↑ Lectures on Jurisprudence, or, The Philosophy of Positive Law