1989

Vikipediya, azad ensiklopediya
(1989-cu il səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
İllər
198519861987198819891990199119921993
Onilliklər
1960-cı illər1970-ci illər1980-ci illər1990-cı illər2000-ci illər
Əsrlər
XIX əsrXX əsrXXI əsr
1989 digər təqvimlərdə
Qriqori təqvimi 1989
MCMLXXXIX
Yuli təqvimi 1989
Yuli təqvimi
bizans erasında
7497-7498 (1 sentyabr)
Romanın yarandığı gündən 2741-2742 (21 aprel)
Avropa təqvimi
5749-5750

ה'תשמ"ט  - ה'תש"ן

Hicri təqvim 1409-1410
Erməni təqvimi 4481-4482 (11 avqust)

ՌՋՁԹ

Çin təqvimi 4685-4686
戊辰 - 己巳
sarı əjdaha

 - sarı ilan

Efiopiya təqvimi 1981 - 1982
Hind təqvimi
- Vikram-samvat 2045-2046
- Şaka sambat 1911—1912
- Kali-yuqa 5090-5091
İran təqvimi 1367-1368
Buddist təqvimi 2532
Holosen təqvimi 11989
Yapon xronologiyası 64 Syova erası — 1 Heysey erası7 января)
Fransız inqilabı təqvimi 197—198
Çuçxe təqvimi 78-ci çuçxe ili
Minqo təqvimi 78-ci Tayvan ili

1989 (MCMLXXXIX) — Qriqori təqviminin bazar günündə başlamış olan, bizim eranınmiladi tarixin 1989-cu, II minilliyin 989-cu, XX əsrin 89-cu, 1980-ci illərin 10-cu və sonuncu ili.

1989-cu il siyasət tarixində dönüş nöqtəsi hesab olunur; belə ki, Polşa və Macarıstanda başlayan, noyabrda Berlin divarının açılması və Çexoslovakiyada Məxməri inqilabla zirvəyə çatan, dekabrda Rumıniyada kommunist diktaturasının devrilməsini də əhatə edən və 1991-ci ilin dekabrında Sovet İttifaqının dağılması ilə başa çatan inqilablar dalğası güc bölgüsü təcrübəsi ilə Avropadakı Şərq blokunu "silib-süpürdü". Qeyd edilən hadisələr tarixdə 1989-cu il inqilabları adı ilə tanınır. Kommunist hökumətlərə qarşı yönəlmiş inqilabların Şərqi Avropada əsas etibarilə uğurla nəticələndiyi həmin dövrdə kommunist Çinində etirazlar yatırılırdı. Belə etirazlardan ən məşhuru Pekindəki Tyananmen meydanı etirazları idi.

Bu, həmin il idi ki, iyirmi ildən çox Braziliyanı idarə edən hərbi diktatura rejiminin 1985-ci ildə başa çatması ilə 29 ildən sonra ilk dəfə Braziliyada prezident seçkiləri keçirilirdi; bu da demokratiyanın yenidən qurulması prosesinin son nöqtəsi oldu.

1989-cu ildə Frederik Villem de Klerk Cənubi Afrika Respublikasının dövlət başçısı seçilmiş və onun hakimiyyətdə olduğu beş ildə aparteid sistemi tədricən dağılmışdır. Bu hadisələrin kulminasiya nöqtəsi isə Afrika Milli Konqresinin həbsdə olan lideri Nelson Mandelanın 1994-cü il seçkiləri ilə hakimiyyətə gəlməsi oldu.

İlk özəl internet xidmət provayderi,[1][2] eləcə də ümumdünya hörümçək toru üçün ilk yazılı təklif və Yeni Zelandiya, Yaponiya və Avstraliyanın ilk internet əlaqələri də 1989-cu ildə yarandı. İlk dəfə məhz 1989-cu ildə tətbiq edilən preimplantasiya genetik diaqnoz metodu nəticəsində növbəti il ilk belə körpələr dünyaya gəlmişdir.[3]

Keqvortda qəzaya uğrayan Boeing 737 təyyarəsinin qalıqları
Corc V. Buşun inaqurasiyasından görüntü. Mərasimdə həmçinin vitse-prezident Den Kueyl, Ağ Evin sözçüsü Cim Vrayt və senatorlar Bob Doul, Ted Stivens də iştirak edir.
Sovet hərbçiləri Əfqanıstandan çıxmazdan öncə şəkil çəkdirirlər.
İmperator Hirohitonun dəfn mərasimindən görüntü
Paytaxt sakinləri 44 ildən sonra Pikk Hermann qülləsində dalğalanan Estoniya bayrağını izləyirlər.
Macarıstanda kütləvi nümayişlər
"Exxon Valdez" tankeri
Dəyirmi Masa Sazişinin bağlandığı masa hazırda Varşavada Prezident sarayında nümayiş olunur.
Dövrün ən kiçik mobil telefonu MicroTAC 9800x (1989)
Ruhullah Xomeyninin dəfn mərasimi (4 iyun, 1989).
İmre Nad yüz minlərlə insanın iştirakı ilə Qəhrəmanlar meydanında təntənəli şəkildə dəfn olunur (16 iyun, 1989). Tədbirdə çıxış edənlərdən biri də demokratik seçkilərin keçirilməsi və Sovet qoşunlarının Macarıstandan çıxarılması tələbi ilə kəskin nitq söyləyən Viktor Orban idi.
Lotte World
Vaqif Mustafazadənin ev-muzeyində barelyef
Litvada Baltik yolu. Zəncirdə dayanan insanlar yaşadıqları vəziyyətlə bağlı narazılıqlarını ifadə etmək məqsədilə əllərində şam və qara lent bağlanmış Litva bayraqları tuturlar.
  • Avqust — Rusiyada enerji istehsalı və satışı ilə məşğul olan Qazprom şirkəti SSRİ Qaz Sənayesi Nazirliyindən ayrılaraq dövlət müəssisəsi olur.[16]
  • 2 avqust — 1972-ci ildə Millətlər Birliyindən ayrılan Pakistan yenidən üzvlüyə qəbul edilir.
  • 5 avqust — Xayme Pas Samora Boliviya prezidenti seçilir və növbəti gün səlahiyyətlərinin icrasına başlayır.
  • 7 avqust — Beş Mərkəzi Amerika ölkəsinin prezidenti Nikaraqua hökumətinə qarşı vuruşan, ABŞ-nin da dəstəklədiyi kontrasın dağıdılması və dekabrın 5-dək Hondurasdakı bazalarından çıxarılması barədə razılığa gəlirlər.
  • 8 avqust
  • 9 avqust — Tosiki Kayfu Yaponiyanın Baş naziri olur.
  • 15 avqust — Piter Villem Bota Cənubi Afrikanın dövlət başçısı vəzifəsindən istefa verir və Frederik Villem de Klerk bu postu tutan yeddinci və sonuncu vəzifəli şəxs olur.[17]
  • 18 avqust — Kolumbiyanın aparıcı prezidentliyə namizədlərindən Luis Karlos Qalan Boqota yaxınlığında qətlə yetirilir.
  • 19 avqust
  • 19–21 avqust — Hakim, əyalət polis rəisi və prezidentliyə namizəd Qalanın öldürülməsinə cavab olaraq Kolumbiyanın səlahiyyətli orqanları Kolumbiyada narkotik ticarəti ilə məşğul olan 11 000 şübhəli şəxsi həbs edirlər.
  • 21 avqust — Praqa baharının 21-ci ildönümü şəhərdə keçirilən nümayişlə yad edilir.[5]
  • 23 avqust
    • Nəğməli inqilab: Estoniya, LatviyaLitvanın iki milyon yerli sakini Baltik yolu adlanan 600 km-lik canlı zəncir yaradaraq Sovet işğalından azadlıq və müstəqillik tələbi ilə əl-ələ tuturlar.
    • Macarıstan Avstriya ilə sərhəd qadağasını aradan qaldırır.
  • 24 avqust
    • Kolumbiyada kokain ticarəti ilə məşğul olanlar hökumətə qarşı "ümumi və mütləq müharibə" elan edir və bir sıra partlayışlar və yanğınlar törədirlər.
    • Solidarnostun üzvü Tadeuş Mazovetski Polşanın Baş naziri seçilir.[5]
  • 25 avqust — Voyacer 2 Neptuna və onun ən böyük peyki olan Tritona ən yaxın məsafədə yaxınlaşır.
  • 31 avqust — 1978–87-ci illərdəki Çad-Liviya münaqişəsindən sonra Liviya və Çad nümayəndələri, 1973-cü ildən bəri Liviya tərəfindən işğal olunan Auzu zolağına sahibliyin Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən müəyyən edilməsinə razı olurlar.
Hüqo qasırğasının peykdən görüntüsü
  • 6 sentyabr — Cənubi Afrikada aparteid sisteminin mövcud olduğu dövrdə keçirilən sonuncu parlament seçkisi ilə Milli Partiya hakimiyyətə qayıdır.
  • 7 sentyabr — Efiopiya hökumətinin və Eritreya separatçılarının nümayəndələri sülh sazişinə vasitəçilik etməyə çalışan sabiq ABŞ prezidenti Cimmi Karterin də iştirakı ilə Atlantada görüşürlər.
  • 10 sentyabr — Macarıstan hökuməti ölkənin (Avstriya ilə) qərb sərhədini Şərqi Almaniya qaçqınlarına açır.
  • 10–11 sentyabr — İqtidarda olan Norveç Fəhlə Partiyası 1945-ci ildən bəri ən pis nəticəsini göstərərək parlament seçkilərində səkkiz yer itirir.
  • 14 sentyabr — Leninqradda sədrlər Lev Kojkolaynen və Siqbyorn Eriksen Leninqrad vilayəti (SSRİ) və Nurlann vilayəti (Norveç) arasında bağlanan əməkdaşlıq sazişinə imza atırlar.
  • 17–22 sentyabr — Hüqo qasırğası Karib hövzəsiniABŞ-nin cənub-şərqini dağıdaraq ən az 71 insanın ölümünə və 8,000,000,000 dollar ziyan vurulmasına səbəb olur.
  • 19 sentyabr — Roma-Katolik kilsəsi keçmiş Auşvitz həbs düşərgəsinin yaxınlığında yerləşən və bəzi yəhudi liderləri təhqir edən Karmelit monastırının aradan qaldırılmasını tələb edir.
  • 20 sentyabr — Frederik Villem de Klerk Cənubi Afrikanın yeddinci və sonuncu dövlət başçısı olaraq and içir. O, tezliklə Cənubi Afrikanın nüvə silahı proqramını dayandırmaq qərarına gəlir.[17][18]
  • 23 sentyabr
  • 26 sentyabr — Vyetnam on bir illik işğala son qoyaraq Kambocadan ən son qoşunlarını çıxardığını bəyan edir.
  • 30 sentyabr
    • Xüsusi qaçqın qatarları ilə Praqaya gələn təxminən 7000 Şərqi Almaniya vətəndaşının Qərbə getməsinə icazə verilir.
    • Seneqambiya Konfederasiyası sərhəddəki fikir ayrılıqlarına görə ləğv edilir.
Loma Priyeta zəlzələsi nəticəsində yol infrastrukturuna zərər dəyir.
Çexoslovakiyada Məxməri inqilab
ŞərqiQərbi Almaniya arasında gediş-gəlişə icazə verildikdən sonra sərhəd-keçid məntəqələrində xüsusi canlanma baş verir. Belə ki, 22 belə məntəqənin təkcə birində hər iki istiqamətdə dəqiqədə təxminən 200 nəfər müfəttişlərin sürətli nəzarəti ilə qarşılaşır.
ABŞ Prezidenti Corc H. V. Buş və Sovet lideri Mixail Qorbaçov Malta sammitində
Rumıniya inqilabı zamanı Buxarest şəhəri. Nikolae Çauşesku hökumətini devirən və 1989-cu ilin dekabr ayının sonlarında getdikcə şiddətlənən bir həftəlik üsyanlar və döyüşlər silsiləsi olan bu inqilab nəticəsində Rumıniya öz hökumətini zorakı şəkildə devirən və liderini edam edən yeganə Şərq bloku ölkəsi olur.
Just Cause əməliyyatında iştirak edən ABŞ əsgərləri Panama Müdafiə Qüvvələrinin qərargahını mühafizə edirlər.
Adel Enel
Kohey Utimura
Nina Dobrev
Emili Mid
Ceremi Sampter
Elizabet Olsen
Korbin Blyu
Daniella Mone
Anton Yelçin
Tayler Kleri
Pyer Nine
Lili Ceyms
Aysel Teymurzadə
Lyuk Breysi
Katinka Xossu
Daniel Dyurta
Rori Makilroy
Prins Roys
Aleksey Neqodaylo
Lyusi Heyl
Rene Olsted
Kristofer Mins-Plass
Aleks Morqan
Devid Henri
Qaret Beyl
Rori Kalkin
Deniel Redkliff
Brenton Tueytes
Co Conas
Heyden Panettyer
Ceyms Harden
Elena Delle Donn
Aviçi
Stelyana Nistor
Dakota Conson
Aleksandriya Okasio-Kortez
Adam Rippon
Sergey Polunin
Nikolas Holt
Marion Mareşal
Teylor Svift
Salvador Dali
Ted Bandi
Zita Burbon-Parmskaya
Şuqar Rey Robinson
Edvard Oxab
Rəşid Behbudov
Rebekka Şeffer
Minoru Genda
Robert Penn Vorren
Entoni Kueyl
Ahmadu Ahico
Alvin Eyli
Nikolae Çauşesku

Nobel mükafatı laureatları

[redaktə | mənbəni redaktə et]
  1. "Company History". Sublime IP. 2014-08-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-19.
  2. "Wired 7.08: Harmonic Convergence". Wired. Archive.wired.com. 2009-01-04. 2014-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-19.
  3. "Genetic Defect Screened Out; Healthy Twins Born". LA Times. 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-20.
  4. Gordon, Stephen Engelberg With Michael R.; Times, Special To the New York. "Germans Accused of Helping Libya Build Nerve Gas Plant". The New York Times (ingilis). 1989-01-01. ISSN 0362-4331. 2022-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-16.
  5. 1 2 3 4 5 6 7 8 9 10 Crystal, David, redaktorThe Cambridge Encyclopedia. Cambridge University Press. 1990. səh. RR69.
  6. Wilkens, Herbert; Maennig, Wolfgang. Transition in Eastern Europe: Current Issues and Perspectives. Duncker & Humblot. 1997. səh. 71. ISBN 978-3-428-49107-0. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-21.
  7. "The birth of the World Wide Web | CERN timelines". Timeline.web.cern.ch. December 3, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-19.
  8. Conn, David; Vinter, Robyn. "Liverpool fan's death ruled as 97th victim of Hillsborough disaster". The Guardian. London. 2021-07-28. 2022-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-29.
  9. Gene Therapy (Hesabat). October 20, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 8, 2017.
  10. "Top USSR bank moves ruble into electronic age..." The Deseret News. 2022-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-12 – Google News Archive Search vasitəsilə.
  11. "First McDonald's in Moscow, Russia ~". Bleskon.com. 2013-08-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-08.
  12. "Gay Peru News & Reports 2011". Archive.globalgayz.com. 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-08.
  13. "HDTV – High Definition Television". Birds-eye.net. 1989-06-03. 2014-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-08.
  14. "adventure.lotteworld.com". 31 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 August 2019.
  15. Longworth, R.C. "French Shoot The Works With Soaring Bicentennial French". Chicago Tribune (ingilis). 15 July 1989. 12 July 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 July 2021.
  16. Vavilov, A.; Nicholls, David. Gazprom: An Energy Giant and Its Challenges in Europe (ingilis). Springer. 2016. səh. 16. ISBN 9781137461100. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-12.
  17. 1 2 "A Guide for Study of Historical Offices: South Africa: Heads of State: 1961-1994". Archontology. 2018-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-14.
  18. Masiza, Zondi. "A Chronology of South Africa's Nuclear Program" (PDF). 1993. 2021-12-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-07-04.
  19. "The Danish Registered Partnership Act". 1989-06-07. 2014-09-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-01.
  20. Rule, Sheila. "Rights for Gay Couples in Denmark". The New York Times. 1989-10-02. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-07.
  21. "Soviets Line Up For Makeup – Estee Lauder Shop Draws Moscow Crowds". Philly.com. Articles.philly.com. 1989-11-17. 2015-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-08.
  22. Last speech of Nicolae Ceaușescu. 1989-12-21. 2022-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-04.
  23. "The Warsaw Voice". Warsawvoice.pl. 2022-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]