Ətirli qovaq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ətirli qovaq
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ətirli qovaq (lat. Populus suaveolens) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü.

Ümumi yayılması

[redaktə | mənbəni redaktə et]

Şimali Amerikanın qərb sahillərində, cənubi Alyaskadan Kaliforniyayadək olan ərazilərdə bitir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 18–21, bəzən 27 m, gövdəsinin qalınlığı 0,6 m və daha çoxdur. Quru oduncağının sıxlığı 470 kq/m²-dir. 8–10 yaşında çiçəkləməyə başlayır. Sırğalarının uzunluğu 5–9 sm-dir, çox miqdarda xırda çiçəklidir (uzunluğu təxminən 3 mm). Erkək çiçəkləri 20–30 erkəkciklidir. Yetişmiş dişi sırğalarının uzunluğu 10–15 sm-dir.

Çınqıllı və qumlu torpaqlarda, çay və göl sahillərində bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda təbi halda yayılmışdır.

Ətirli qovağın yumşaq oduncağı sellülozanın alınmasında və tikintidə istifadə edilir.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Populus balsamifera var. suaveolens (Fisch. ex Poit. & A.Vilm.) Kuntze

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]