Aşıq Ədalət
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Aşıq Ədalət | |
---|---|
Doğum adı | Ədalət Məhəmmədəli oğlu Nəsibov |
Təxəllüsü | Dədə Ədalət |
Doğum tarixi | 27 yanvar 1939 |
Doğum yeri | |
Vəfat tarixi | 14 sentyabr 2017 (78 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | şair, aşıq, müğənni |
Fəaliyyət illəri | 1950–2017 |
Janr | aşıq musiqisi |
Üzvlüyü | |
Mükafatları |
Aşıq Ədalət (Ədalət Məhəmmədəli oğlu Nəsibov; 27 yanvar 1939, Qazax – 14 sentyabr 2017, Bakı) — Azərbaycan aşığı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1990).
Həyatı
[redaktə | mənbəni redaktə et]Ədalət Nəsibov 27 yanvar 1939-cu ildə Qazaxda pinəçi ailəsində anadan olmuşdur.[1] Saz çalmağı atasından öyrənmişdir. Gənc yaşlarından fitri istedadı üzə çıxmış, məclislərə dəvət almışdır. 11 yaşındaykən Kremlin Qurultaylar Sarayında saz çalır. 1950-ci ildə Bakıya dəvət olunur. Aşıq Ədalət sazı 50-dən çox ölkədə tanıdır, saza yeniliklər gətirir.[2]
Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olmuşdur.
UNESCO-da dünyanın nadir musiqi ifaçıları sırasında diski buraxılmışdır. Saza 5 pərdə, o cümlədən 7 yarım pərdə, 6 sinə pərdəsi əlavə etmişdir.
Xalq yazıçısı Mirzə İbrahimov onun haqqında demişdir: "Əgər Azərbaycan xalqının incəsənət aləmində heç bir nümayəndəsi olmasaydı, təkcə Ədalətin sazı ilə dünya mədəniyyəti meydanına çıxa bilərdik."
Türk yazıçısı Əziz Nesin onun haqqında söyləmişdir: "Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir. Ələsgər aşiq, söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur".
O, "Qaytarma", "Baş sarıtel", "Ruhani", "Yanıq Kərəm" və başqa saz havalarının bənzərsiz ifaçısıdır.
14 sentyabr 2017-ci ildə 78 yaşında uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat etmişdir. 15 sentyabrda Qazax rayonunun Ağköynək qəbiristanlığında dəfn olunmuşdur.
Mükafatları
[redaktə | mənbəni redaktə et]- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 24 sentyabr 1990
- Azərbaycan Respublikası Prezidentinin təqaüdü — 10 oktyabr 1997
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002[3]
- "Şərəf" ordeni ilə təltif edilmişdir.
Ustadı, şagirdləri
[redaktə | mənbəni redaktə et]- Ustadı Aşıq Əli olmuşdur.
- Şagirdi Aşıq Xanlar Məhərrəmov
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Yeddi oğul istərəm... (film, 1970)
- Aşıq Ələsgər (film, 1972)
- Ədalət (film, 1971)
- Prima (film, 1994)
- Tanrı payım, telli sazım (film, 2007)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. Archived from the original on 2023-06-16. İstifadə tarixi: 17 iyun 2023.
- ↑ Rəşid, M. Bomboz bir günün əlvanlığı…: [ustad aşıq Ədalət haqqında] //525-ci qəzet.- 2015.- 3 fevral.- S.7.
- ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.10.2023.
- 27 yanvarda doğulanlar
- 1939-cu ildə doğulanlar
- Qazaxda doğulanlar
- 14 sentyabrda vəfat edənlər
- 2017-ci ildə vəfat edənlər
- 78 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Qazax rayonunda dəfn olunanlar
- Azərbaycan Aşıqlar Birliyinin üzvləri
- Azərbaycan SSR əməkdar incəsənət xadimləri
- Əlifba sırasına görə yazıçı və şairlər
- Azərbaycan aşıqları
- Azərbaycanlı aşıqlar
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri