39°21′48″ şm. e. 45°39′38″ ş. u.HGYO

Şapurqala

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
(Şahbuz qala) Şapurqala
Xəritə
39°21′48″ şm. e. 45°39′38″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Şahbuz
Yerləşir Külüs
Tikilmə tarixi I-X əsrlər
Sahəsi 1300 m²
İstinad nöm.2074
KateqoriyaQala
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Şapurqala (Azərbaycan)
Şapurqala

ŞapurqalaNaxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində I-X əsrlərə aid qala.

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Şapurqala Şahbuz rayonu ərazisində, Naxçıvançayın sol sahilində, ŞahbuzkəndKiçikoba kəndləri arasında yerləşir.[1] Qаlаyа qаyаlаrın üzərində sаlınmış dаr cığırlа cənub-şərq tərəfdən qаlхmаq mümkündür. Bu qаlаnın yеgаnə yоludur.Qaladan müdafiə məqsədi ilə, həmçinin gözətçi məntəqəsi kimi istiadə olunmuşdur.

Şapurqala ilə bağlı əvvəlki tədqiqatlar

[redaktə | mənbəni redaktə et]

Bu qala yüksək dağlıq ərazidə yerləşir və sıldırım qayalarla əhatə olunub. 1990-cı ildə qədim abidə kimi qeydə alınıb. Qalanın sahəsi 1300 kv.m-dir.[1] Qalanın mərkəzi hissəsində arxeoloqlar tikinti qalıqlarına, bişmiş kərpiclərə, çəhrayı rəngdə bişirilmiş şirli qablara, daş tımıl üzərində inşa olunmuş kərpic evlərə və bişmiş kərpic qalıqlarına rast gəlmişər.[1]Tapıntılar Şapur Qalada həyatın eramızın I əsrindən XV-XVI əsrlərə qədər davam etdiyini göstərir.[1]

Adın etimologiyası

[redaktə | mənbəni redaktə et]

Tədqiqatlarında Şapurqaladan bəhs edən akademik Nailə Vəlixanlı qalanın adının Naxçıvanda olan Şahbuz oykonimi ilə uyğun oldu]u fikrini söyləmişdir.[2]

Şapurqala tarixi mənbələrdə

[redaktə | mənbəni redaktə et]

Tarixən bütün tarixi faktları istədikləri kimi, özlərinə uyğun şəkildə təhrif edən ermənilər bu dəfə də rus dilində nəşr etdirdikləri “Krepost Şaxaponk (Şaxpur)”[3] adlı məqalədə yanlış və təhrif edilmiş məlumatlar nəşr etdirmişlər. Onlar, Şahbuzqalanın adını təhrif etmiş və Sahaponik qalası şəklində dəyişdirərək VI əsrdə inşa edildiyi yazmışlar. Bu qala Naxçıvan abidələr ensiklopediyasında Şahbuzqala adı ilə verilmişdir.[4] Çünki qala mənbələrdə belə xatırlanıb.Yaqut əl-HəməviBəlazuri Sasani şahı Ənuşirəvanın Sisacanda (Sünik)Vays, al-Kilab və aş-Şahabuş qalalarını bərpa etdiyi haqqında məlumat vermişdir. Hazırda Şahbuz rayonununda, Şahbuzkənd yaxınlığında eyni adlı qala var. Sasani şahı I Xosrov Ənuşirəvan (531–579) VI əsrdə yaşamışdır. Mənbələrin məlumatından göründüyü kimi, müəllifin Şahaponik adlandırdığı Şahbuzqala VI əsrdə bərpa olunmuşdur. Bizim apardığımız araşdırmalar və qaladan toplanmış keramika nümunələri bu təbii qalanın I əsrdən istifadə edildiyini və onun üzərində müəyyən inşaat işlərinin aparıldığını deməyə imkan verir. Bu qala xalq arasında Şapurqala adlanır[1] və rəvayətə görə Sasani şahı I Şapur (241-272) tərəfindən inşa edilmişdir. Belə hesab edirik ki, bu Sasani şahlarının əyalətlərdə apardığı inşaat və bərpa fəaliyyətləri ilə bağlı olmuşdur. Buna görə də erməni müəllifin qalanın Sünikin erməni şahzadəsi Şahap tərəfindən inşa edilməsi haqqında məlumatı tamamilə yanlışdır. Sünik ərazisi həm qədim dövrdə, həm də sonrakı dövrlərdə Albaniyanın, Atropatenanın və Azərbaycanın tərkibində olub və qədim türk sülalələri tərəfindən idarə olunub. Sahab sözü də elə türk soylarından birinin adıdır. Burada məskunlaşan əhali türk dilinin müxtəlif ləhcələrində danışırdı. Bu həmin ərazidir ki, Urartu mixi yazılarında “Etiuni” adı ilə xatırlanmışdır.[5] Naxçıvan əyalətindəki Ses, Sisian, Sus[6], Cənubi Azərbaycandakı Sisar toponimləri heç şübhə yoxdur ki, ses, yaxud sisak etnonimi ilə bağlı olmuş və bu qədim vilayətin adında saxlanmışdır. Tədqiqatçıların fikrinə görə, Sünik ifadəsi Sisakandan daha qədim olmuş və albanların qonşusu kimi xatırlanmışdır.[7] Lakin qeyd etmək istəyirik ki, bu sözün ilk formasi Siuni olmuşdur. Si tayfa adı uni isə xalq mənasını verir. Syunik sözü də bu köklə bağlıdır. Qeyd edək ki, Etiunu ölkə adı da belə yaranmışdır. Su, yaxud si tayfalarının qədim türk tayfaları olduğu isə tədqiqatçılar tərəfindən sübut edilmişdir. Kəbə Zərdüşt kitabəsində-Sasani şahı I Şapura aid kitabədə Sünik müstəqil ölkə kimi xatırlanır (“Atropatena, İberiya, Ermənistan, Sünik, Albaniya”). Sünik siyasi baxımdan güclü vilayət olmuş və qüdrətli süvari orduya malik olmuşdur.[7] Buna görə də mənbələri təhrif edərək Sünik vilayətinin, yaxud Sünik hakimlərinin erməni kimi qələmə verilməsi doğru deyildir. Müəllifin erməni mütəfəkkiri və din xadimi Qriqori Tatevaçinin qalada yaşaması, öz əsərlərini yaratması və qalanın mühafizi olması haqqında olan məlumatları da yanlışdır. Belə ki, XIV-XV əsrlərdə yaşayan bu erməni din xadiminin harada anadan olması dəqiq deyil. Onun Gürcüstanda Tmkaberddə, yaxud Sünukdə Vayots Zorda anadan olması haqqında məlumat vardır ki, bu ərazilər də Şapurqaladan çox uzaqdadır. Şübhəsiz ki, erməni müəllifin bu uydurmaları onların xülyasında olan ərazi iddialarını əsaslandırmağa xidmət edir.

Bunu qeyd etmək istəyirik ki, qalada qazıntılar aparılması haqqındakı fikirlər yanlışdır. Bu qalada və onun ətrafındakı yaşayış yerində yalnız yerüstü araşdırmalar aparılmış və xristianlıqla bağlı heç bir maddi-mədəniyyət nümunəsi, kilsə qalıqları, yaxud xaçkarlar aşkar olunmamışdır. Burada kilsə olması haqqında da heç bir yazılı mənbədə məlumat yoxdur. Lakin etnoqrafik məlumatlardan məlumdur ki, bu kəndə albanların nəsilləri yaşayıb və onlar indi də bu kənddə yaşayır və öz əcdadlarını yaxşı xatırlayır.Qeyd edək ki, arxeoloji araşdırmalar zamanı Şahbuzqalanın aşağısında, Naxçıvançayın sol sahilində Orta əsr yaşayış yeri və nekropolunun qalıqları açkar olunmuşdur. Nekropolda aşkar olunan sənduqə tipli sinə daşlarının üzərindəki təsvirlər qədim türk xalqlarının mifoloji təssəvvürləri, habelə onların inancları və həyat tərzi haqqında aydın məlumat verir. Bu yaşayış yerində aşkar olunan maddi-mədəniyyət nümunələri, o cümlədən qəbir daşları və onların üzərindəki ərəbdilli kitabələr bu qalanın və onun ətrafındakı yaşayış yerinin Azərbaycan xalqına məxsus olduğunun əyani sübutudur.

  1. 1 2 3 4 5 Vəli, Baxşəliyev. Naxçıvanın arxeoloji abidələri (PDF) (az.). "Bаkı- Еlm". 2008. səh. 244-46. 2022-06-15 tarixində arxivləşdirilib (PDF).
  2. Велиханова Н.М. Изменение исторической географии Азербайджана в результате арабского завоевания / Историческая география Азербайджана. Баку: Элм, 1987, с. 69.
  3. "Kрепость Шахапонк (Шахпур)". 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-27.
  4. Naxçıvan abidələri ensiklopediyası (PDF) (az.). "Naxçıvan". 2008. səh. 430. 2022-06-23 tarixində arxivləşdirilib (PDF).
  5. Qaşqay S. Qədim Azərbaycan tarixi mixi yazılı mənbələrdə. Bakı: Təhsil, 2006, 148 s.
  6. Bağırov A.Onomalogiya problemləri, I cild. Bakı: Elm və təhsil, 2010, s. 182.
  7. 1 2 Məmmədova F. Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası. Bakı: Azərnəşr, 1993, s. 95-96.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Şahbuzkənd qədim oğuz yurdudur: "[1]
  • Şahbuzqalanın ətəyinə sığınan qədim yurd yeri - Şahbuzkənd [2]