Şalim adası
Şalim adası | |
---|---|
Ümumi məlumatlar | |
Hündür nöqtəsi | 208 m |
Əhalisi | 0 nəfər (2010-cu il) |
Yerləşməsi | |
69°24′19″ şm. e. 33°05′13″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Akvatoriya | |
|
Şalim adası — Barens dənizinin Ura körfəzində yerləşən ada. İnzibati cəhətdən Murmansk vilayətinin Vidyaevo inzibati dairəsinə daxildir.
Yerləşməsi
[redaktə | mənbəni redaktə et]Kola yarımadasının şimalında, Ura körfəzində yerləşən ada, onun qərb sahilindən 1,3 km, şərqindən isə 200 m aralıda yerləşir.
Təsviri
[redaktə | mənbəni redaktə et]Köprfəzimn ən iri adasıdır. Ada 9,9 km uzunluğa, 2,6 km enə malikdir, Şimal hissədə bərzəx yerləşir ki, burada eni 500 metrdir. Adanın ucqar şimal nöqtəsi Tolstik burnu adlanır. maksimal hündürlük 208 metrdir. Ərazisi dekəm olar ki, qayalıqdır. Ancaq cənub-qərb və şimal-qərb sahilləri xaric sahilləri hamardır. Bitki örtüyünə ancaq bərzəx hissədə rastlamaq mümkündür. Bütün ada boyunca uzunluğu 1,2 km çatan göllər vardır.
Yaxınlığında yerləşən kiçik adalar
[redaktə | mənbəni redaktə et]- Eretik adası — yaxımnlığında yerləşən ən böyük adadır. Şalimdən 30 metr şimal-qərbdə yerləşir. 2,6 uzunluğa və 1,1 km enə malikdir. Ərazisi 120 m hündürlüyə çatan qayalı təpələrlə örtülüdür.
Bundan əlavə ətrafda uzunluğu 200 metrə çatan bir neçə ada vardır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Təxmini olaraq adada 160 il müddətində yaşayış olmuşdur. 1830-cu ildə saamların yaşayış yerində Eretiki adlı məntəqə fəaliyyətə başlayır. 1885-ci ildən isə Port Vladimir adlandırılır. Məntəqə 1994-cü ilə qədər mövcudluğunu qoruyur[1][2]. hazırda da adada qəsəbənin yarım uçulmuş binaları qalır. Son zamanlar qəbirləri ziyarət etmək məqsədilə adanın tez-tez ziyarətçiləri olur[2]
2007-ci ildə ada ərazisinin balıq təsərrüfatı üçün icarəyə götürülməsi xəbərlərio yayılmışdır. Böyük ehtimalla gələcəkdə adada yaşayış bərpa ediləcəkdir[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Мёртвые поселки Мурманской области". 2010-01-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-19.
- ↑ 1 2 "Порт-Владимир: незабытая родина". 2015-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-19.
- ↑ "Adanı kirayəyə götürmək istəyirəm". 2018-06-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-19.