Yanase (avtomobil dileri)
Yanase | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | kabuşiki qaişa[d] |
Təsis tarixi | 1915 |
Baş qərargahın yeri | |
yanase.co.jp | |
Vikianbarda əlaqəli mediafayllar |
Yanase & Co., Ltd. (Yaponca株式会社ヤナセ) — yeni və işlənmiş Avropa və Şimali Amerika avtonəqliyyat vasitələrinin Yaponiyada pərakəndə satış dileridir. 2002-ci ilə qədər Yanase Mercedes-Benz, Volkswagen, Audi, BMW, Volvo, Saab, Cadillac, Chevrolet, Chrysler, Jeep, Dodge və Smart avtonəqliyyat vasitələrinin Yaponiyada xüsusi satış hüquqlarına malik idi. İtochu group şirkətinin bir hissəsidir.
Yanasenin hal-hazırda 174 yeni və 31 işlənmiş avtomobillərin satış anbarları vardır.
Tarix
Yanase şirkətinin əsası 1915-ci ildə Tokionun Hibiya rayonunda qoyulmuşdur. Şirkətin yaradıcısı yük avtomobilləri və avtobus istehsalçısı Chorato Yanase tərəfindən Mitsui Group şirkətinin tərkibində yaradılmışdır. 1920-ci illərdə şirkət ilkin olaraq General Motorsun Buick və Cadillac avtomobillərinin Yaponiyaya idxal edirdi.
Chotaro Yanase Toyoka kəndində (indiki Takasaki) 5 dekabr 1879-cu ildə anadan olmuş və 11 iyul 1956-cı ildə vəfat etmişdir. Tokio Komersiya məktəbini bitirdikdən sonra Mitsui OSK Shiping şirkətində əmək fəaliyyətinə başlamışdır. İlk olaraq O burada neft məhsullarının idxalı ilə məşğul olurdu. Sonra neft məhsullarını idxal edən Yanase Shoji Co. Ltd yaratdı. Bir müddət sonra bu şirkət avtomobil idxalına başladı və adını dəyişərək Yanase Automotive Co. Ltd şirkəti adlanmağa başladı. Chotaro Yanase isə bu şirkətin prezidenti oldu.
Ancaq Yanase şirkətinin yarandığı dövrdə Yaponiyada avtomobil satış biznesi tənəzzül dövründə idi. Yanase şirkəti iflas təhlekəsinə düşmüşdü. Lakin 1923-cü ildə Böyük Kanto zəlzələsi baş vermişdi. Zəlzələnin fəsadlarının aradan qaldırılmasına üçün, kömək olaraq Yanase şirkəti General Motorsdan GMC yük və nəqliyyat vasitələrinin idxalına başladı.
İkinci dünya müharibəsindən sonra Yanase avtonəqliyyat vasitələrinin idxalını bərpa etdi. Cadillac, Mercedec-Benz və Volksvagen avtomobillərinin satışına başlandı. Bu işləri artıq Yanasenin oğlu Jiro Yanase icra edirdi. Jiro Yanase 28 iyun 1916-cı ildə dogulmuş və 13 mart 2008-ci ildə vəfat etmişdir. Universiteti bitirikdən sonra o atasının yanında işləməyə başlamışdır. 1941-ci ildə idarə heyətinin üzvü, 1945-ci ildən prezident və 1985-ci ildən sədr vəzifəsində işlədi. İşlədiyi övrlərbə bir çox uğurlar əldə etmiş Jiro Yanase əvvəlcə 2001-ci ildə Yaponiya Avtomobil Şərəf Zalına (Japan Automotive Hall of Fame), sonra isə 2004-ü ildə Şimali Amerika Şərəf Zalına (American Automotive Hall of Fame) daxil edildi.
1950-ci illərdə Yanase geniş lyuks avtomobillərinin idxal edirdi. Ancaq bu dövrdə Yaponiyada xaricdən gətirilən avtomobillərə xüsusi standartlar tətbiq edilidi. Avtomobillərin geniş ölçülərinə və mühərriklərinə görə əlavə vergilər qoyulmuşdur. Bu da xaricdən idxal edilən avtonəqliyyat vasitələrinin qiymətlərinin yerli Yapon istehsalı avtomobillərə nisbətən baha satılmasına səbəb olurdu. Bununla əlaqədar olaraq Jiro Yanase Yaponiyanın baş naziri Shigeru Yoshida ilə görüşməyə nail oldu.
1965-ci ildə idxal olunan avtonəqliyyat vasitələrinə qoyulmuş şərtlər yungülləşdirildi. Avropa və Şimali Amerika istehsalı olan sol sükanlı avtomobillərin idxalına icazə verildi. Baxmayaraq ki, Yaponiyada sag sükanlı avtomobil hərəkəti mövcud idi.
1992-ci ildən Avropa və Şimali Amerika avtomobil istehsalçıları öz məhsullarını Yaponiya bazarı üçün bir başa Yanase şirkətinə ixrac edirdilər. Bəzi şirkətlər (Mercedec-Benz, Volvo və BMW) avtonəqliyyat vasitələrinin istehsalını Yanase şirkəti ilə rarzılaşdırıb onların istədiyi kimi hazırlayırdılar.
Hal-hazırda satılan avtonəqliyyat vasitələrinin siyahısı
Avtomobil markaları | Satış illəri |
---|---|
Audi | 1967÷1992, 2002÷ ~ |
BMW (avto və motonəqliyyat) | |
Cadillac | |
Chevrolet | |
Chrysler | |
Dodge | |
Jeep | |
Mercedes-Benz | |
Smart | |
Volkswagen | 1953÷1992, 2005÷ ~ |
Volvo | 1960÷1974, 2006÷ ~ |
Əvvəllər satılmış avtonəqliyyat vasitələrinin siyahısı
Avtomobil markaları | Satış illəri |
---|---|
Buick | |
Isuzu | |
Hummer | |
Oldsmobile | |
Opel | |
Pontiac | |
Prince | 1966-cı ildə Nissana birləşənə qədər |
Renault | 2001-ci ildə Nissana birləşənə qədər |
Saab | |
Saturn | |
Vauxhall |