Qana

Vikipediya, azad ensiklopediya
Araz Yaquboglu (müzakirə | töhfələr) tərəfindən edilmiş 06:13, 20 oktyabr 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Qana
Republic of Ghana
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Azadlıq və Ədalət
Himn: God Bless Our Homeland Ghana
Tanrı vətənimiz Qananı qorusun

Tarixi
 • Böyük Briyaniyadan müstəqillik 6 Mart 1957
Rəsmi dilləri
Paytaxt Akkra
İdarəetmə forması Prezident respublikası
Prezident Nana Akufo-Addo
Vitse-Prezident Mahamudu Bawumia
Sahəsi Dünyada 82-ci
 • Ümumi 238533 km²
 • Su sahəsi (%) 4,61
Əhalisi
 • Əhali 27,5 milyon nəfər (48-ci)
 • Siyahıyaalma (26.IX.2010) 24 658 823 nəf.
 • Sıxlıq 115 nəf./km²
ÜDM (AQP)
 • Ümumi 34.214 milyard $ dollar  (80-ci)
 • Adambaşına 1,571 $ dollar  (40-cı)
ÜDM (nominal)
 • Ümumi (2009) 17.75 milyard $ dollar
 • Adambaşına 638 $ dollar
İİİ (2011) 0.541 (artış; 135-ci)
İnternet domeni .gh
ISO kodu GH
BOK kodu GHA
Telefon kodu +233
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Qana

Qana, rəsmi adı Qana Respublikası — Qərbi Afrikada dövlət. Qərbdə Kot d’İvuar, şimal-qərbdə və şimalda Burkina-Faso, şərqdə Toqo dövlətləri ilə həmsərhəddir, cənub sahilləri Qvineya körfəzinin suları ilə əhatə olunmuşdur.

Siyasi və coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]
Qananın siyasi xəritəsi
Qananın xəritəsi

Afrikada Qvineya körfəzi sahilinin ölkələrindən sayılan Qana Respublikası Volta çayı hövzəsində yerləşir. Paytaxtı Akkra şəhəridir.

Təbii resursları

[redaktə | mənbəni redaktə et]

Region ölkələri arasında Qananın ekoloji-coğrafi mühiti bir sıra xüsusiyyətləri ilə fərqlənir. Bu fərq ilk növbədə dəniz sahilində özünü göstərir. Takoradidən şərqə doğru savanna yerləşsə də, həmin enlikdə rütubətli meşə zonası üstünlük təşkil edir. Savannanın dəniz sahilinə yaxın olmasının əsas səbəbi yağıntıların 650–800 mm və illik temperaturun yüksək olmasıdır. Takoradidən qərbə doğru yağıntılar kəskin artır-2000 mm. Burada həmişəyaşıl tropik meşələrlə yanaşı, yağlı palma, çəltik əkin sahələri də üstünlük təşkil edir. Ən isti aylarda (mart) orta temperatur 27°S, ən soyuq ayda (avqust) 23°S.-dir.

Qana Respublikası qızıl, almaz, dəmir filizi, manqan, xromit və neft-qaz, meşə materialları, balıq, hidroenerji resursları ilə zəngindir. Ölkənin əsas ixrac məhsulları qızıl, almaz, alüminium, boksit, marqan filizi, kakao, meşə materialları və balıq məhsullarıdır.

Qana bölgələri

Əhalinin illik artım 1,9% , orta illik ömür kişilərdə 59 yaş, qadınlarda 62 yaş təşkil edir.

Qana əhalisinin 72%-i Qvineya dil yarımqrupuna daxildir. Əhalinin etnik tərkibinin 43%-ni akan, 15,2%-ni mole-daqbon, 11,7%-ni eve, 7,3%-ni adanqme, 4%-ni quan, 3,6%-ni qurma, 2,6%-ni qrusi və s. xalqlar və etnik qruplar təşkil edir (2000-ci il siyahıyaalınmasına əsasən). Akan etnosları Qvineya dil yarımqrupunun 65%-ni, bütün ölkə etnik qruplarının isə 43%-ni təşkil edir. Akan etnosuna çvi (tvi), fanti (meşə zonasında), akvapim (dəniz sahilində), aşanti, dençira, baule və s. xalqlar daxildir. Akanların dili dörd ədəbi dil formalarına bölünür: çvi (tvi), fanti, akvapim və akim.

Qana gənc əhaliyə sahib olub, 2016-cı ilin təxmini məlumatlarına görə əhalinin 56,86 %-i 0–24 yaş aralığındadır. Qana əhalisini digər Afrika ölkələrindən fərqli olaraq orta hədd səviyyəsinə görə daha çox, yəni 4,19 %-ni 65 yaş və yuxarı yaş həddinə sahib olan əhali təşkil edir.

0–14 yaş: 38,2% (kişi 5,164,505/qadın 5,113,185)
15–24 yaş: 18,66% (kişi 2,498,185/qadın 2,522,353)
25–54 yaş: 34,05% (kişi 4,445,321/qadın 4,716,311)
55–64 yaş: 4,91% (kişi 642,984/qadın 678,784)
65 yaş ve yuxarı: 4,19% (kişi 520,589/qadın 606,045)

2015-ci ilin məlumatlarına görə ölkə əhalisinin 54,4%-ni şəhər əhalisi təşkil edir. Əhalinin artım nisbəti 2016-cı ilin məlumatlarına əsasən 2,58% həddindədir.

Qananın ilk baş naziri və ilk prezidenti Kvame Nkruma idi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]