IPTV
İnternet protokolu televiziyası və ya qısaca IPTV (ing. Internet Protocol Television) — IP şəbəkələri üzərindən televiziya məzmununun yayımlanması. Bu ənənəvi yerüstü, peyk və kabel televiziyası formatlarından fərqlidir. Yüklənmiş mediadan fərqli olaraq IPTV mənbə olan medianı davamlı olaraq yayımlamaq imkanı təklif edir. Nəticədə media pleyer məzmunu (məsələn, televiziya kanalı) dərhal göstərməyə başlaya bilər. Bu striminq kimi də tanınır.
IPTV İnternet protokolundan istifadə etsə də, yalnız İnternetdən yayımlanan televiziya (internet televiziyası) ilə məhdudlaşmır. IPTV yüksək sürətli çıxış kanalları olan abunəçi əsaslı telekommunikasiya şəbəkələrində əlavə cihazlar və ya müştəri üçün nəzərdə tutulmuş digər avadanlıqlar vasitəsilə son istifadəçi binalarına yerləşdirilə bilər. Korporativ və özəl şəbəkələrdə media çatdırılması üçün də istifadə olunur. Telekommunikasiya arenasında IPTV davamlı standartlaşdırma prosesi ilə diqqət çəkir (məsələn, Avropa Telekommunikasiya Standartları İnstitutu).
IPTV xidmətləri əlaqəli interaktivliyi olan və ya olmayan canlı televiziya və canlı mediaya aid edilə bilər; medianın vaxtının dəyişdirilməsi, məsələn, catch-up TV (televiziya proqramlarını yayım günündən sonraki bir neçə gün ərzində internet vasitəsilə yayımlanması), start-over TV (hal-hazırda davam edən TV şousunun əvvələ çəkilməsi); və media kataloqunun elementlərini nəzərdən keçirməyi və seçməyi əhatə edən VoD (video of demand).[1]
Həmçinin bax
İstinadlar
- ↑ "IPTV Standardization on Track Say Industry Experts". ITU-T Newslog. 27 oktyabr 2006. 16 sentyabr 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 yanvar 2012.
Əlavə ədəbiyyat
- Anderson, Nate. "An Introduction to IPTV". Ars Technica. 12 March 2006.