Hindistan tayfaları
Hindistan əhalisinin 8,2 %-ni (84,3 milyon nəfər) tayfalar (rəsmi terminologiyaya görə "qeydə alınmış tayfalar" adlandırılır) təşkil edir, meşələrin 70 %-də və faydalı qazıntılarla zəngin ərazinin 20 %-də tayfalar yaşayır. Yerli tayfalar Haryana, Pəncab ştatları, paytaxt Dehli və Çandiqarh və Pondişeri ittifaq ərazilərindən başqa bütün federal subyektlərdə yaşayırlar.
Hindistanda tayfaların əksəriyyətinin sayı 10-100 min nəfər arasındadır. Yalnız 50-yə qədər tayfanın əhalisi 100 min nəfərdən çoxdur. Hindistan Antropoloji Xidmətinin "Hindistan xalqları" adlı layihəsinə[2][3][4]. əsasən 461 əhali icması, o cümlədən 175 subtayfa fərqləndirilmişdir. Onların arasında bhil (7 307 973, 1990-cı illərin rəqəmləri), qond (7 449 193), santal (4 260 842), oraon (1 871 995), mina (2 087 075) tayfaları ən böyük ən kiçik isə cəmi 97 nəfər (1984) olan onqe andamanlıları olmuşdur[5][6].
Tayfaların sıxlığı ən çox şimal-şərq ştatlarında qeydə alınır, Mizoram (94,5%), Naqalend (89,1%), Meqhalaya (85,9%), Arunaçal-Pradeş (64,2%) ştatlarında əhalinin xeyli hissəsi tayfalardan ibarətdir. Digər tayfalar Çhattisqarh (31,8%), Carkand (26,3%), Orissa (22,1%), Madhya-Pradeş (20,3%) ştatlarında da sıx məskunlaşmışlar. Sayca ən çox olan qond (Madhya Pradeş), santal (Bihar, Qərbi Benqal, Orissa), bhil (Racastan, Qucarat, Maharaştra, Madhya-Pradeş) tayfaları bütün tayfaların 36-40 %-ni təşkil edirlər.
Tarixi
Hindistan tayfaları tarixi inkişafın gedişində varna-kasta sisteminə daxil olmamış, ari tayfalarının təzyiqi ilə dağlıq və meşə ərazilərinə çəkilmişlər. Hindistanda avtsraloid irqinə mənsub çençu, bhil, munda, santal, oraon tayfaları yaşayır. Andaman, kadar, kanikkar, anqami, naqa tayfaları neqroid irqinə, kholi, qaro, mizo, kaçara, miri və s. tayfalar monqoloid irqinə, toda, nilqini və mina tayfaları avropoid irqinə aid edilirlər.
Müstəmləkə əsarətinin başlanması dövrünədək Hindistanın mərkəzi və şərqi hissələrində [[]]ciddi şəkildə izolyasiyaya düşməmiş, lakin öz etnik ərazilərində sayca üstün olan bhil, mina, qond və koli tayfalarından başqa digər tayfalar hindus əhali arasında azlıqda olmuşlar. Orta əsrlərdə dom, çerus, munda (Bihar), ahola, kaçar (Assam), qondlar (Madya-Pradeş), khasi (şimal-şərq) tayfalarının dövlətləri olmuşdur.
Hind antropoloqları qeyd edirlər ki, hələ e.ə. III minillikdə Hindistanda mövcud olan tayfalar arasında əlaqələr, eyni zamanda protodravid tayfalar arasında əlaqələr tam aydınlaşmamışdır. Lakin xüsusi ilə aşağı və orta kastalara lokal tayfa mədəniyyətləri daxil olmuşdur.
Hindistanda tayfalar və kastalar arası əlaqələr
Antropoloqlar arasında Hindistandakı tayfalar və kastalar arasında əlaqələrə ikili yanaşma mövcuddur. Antropoloqlar Hutton, Qhurye, Bose, Kosambi bildirirlər ki, hinduizmin mədəni əlaqələri tayfa mədəniyyətləri ilə bağlı idi. Risley, Malley, Elvin, Haymendorf isə qeyd edirlər ki, hind kastaları və tayfaları arasında əlaqələr çox az olmuşdur.
Britaniya Senzor Komissiyasınin araşdırmasına görə, 1872-ci ildən bir çox kastaların tayfalara transformasiya olunmuş, eyni zamanda bu zaman bəzi tayfaların özünü hind sosial strukturuna qarşı qoyan, özünü ona bağlamayan spesifik mədəniyyəti formalaşmışdır. Məsələn, Hindistanın adivasi, adimcati, vanya-cati, aryanka vanavasi, vanyacati tayfaları yerli tayfalar, yəni “meşə xalqları” sayılır, onlar etnik xüsusiyyətlərini, sosial təsisatlarını (nəsillərə ayrılma), mifoloji və dini inanclarını saxlayırlar.
Hindistanda adivasi tayfasının müxtəlif təsnifatları mövcuddur:
- Hindli kastasının xarici təsirindən kənarda qalan icma;
- Hinduizmin sosial sistemində ən aşağı kastaya aid olunan və bir sıra hindi adətlərinə adaptasiya olunmuş tayfa;
- Müəyyən qədər inteqrasiya olunmuş, eyni zamanda kasta hindlilərindən aralı qalan tayfalar (D.N.Macumdar).
Digər bir təsnifat:
- Hind sosial strukturuna daxil olan tayfalar (bhillər, bhumic);
- Ümumi sosial struktura münasibətdə pozitiv yanaşan tayfalar (santallar, oraonlar, mundalar, qondalılar);
- Ümumi sosial struktura neqativ yanaşan tayfalar (mizo, naqa);
- Ümumi sosial struktura laqeyd yanaşan tayfalar (Arunaçal Pradeş tayfası; V.K.Burman).
Antropoloq Leverye Elvin 1939-cu ildə isə yazırdı ki, tayfaları rahat buraxmaq lazımdır, eyni zamanda belə insan qrupları şəhərlərdən, əsas əhali kütləsindən kənar izolyasıyada inkişaf etmək imkanına malik olmalıdırlar. Digər bir tərəfdən, G.S Qhurye belə tayfaların ayrıca sayılmasını, siyahıya alınmasını məqsədəuyğun saymır, tayfaların cəmiyyətin bir hissəsi kimi hinduslara assimlyasiya olunmasını əsas götürürdü. J. H. Hutton isə təsdiqləyirdi ki, ]]tayfa]]lara geri qalmış hinduslar kimi baxılması lazımdır və onların assimlyasiyası uzun müddət davam edəcəkdir.
İstinadlar
- ↑ Census of India 2011, Primary Census Abstract Arxivləşdirilib 2015-09-23 at the Wayback Machine, Scheduled castes and scheduled tribes, Office of the Registrar General & Census Commissioner, Government of India (October 28, 2013).
- ↑ THE CONSTITUTION OF INDIA, PART X, THE SCHEDULED AND TRIBAL AREAS, http://lawmin.nic.in/olwing/coi/coi-english/Const.Pock%202Pg.Rom8Fsss(15).pdf Arxivləşdirilib 2015-07-24 at the Wayback Machine (дата обращения: 23.08.2017)
- ↑ THE CONSTITUTION OF INDIA. FIFTH SCHEDULE [Article 244(1)]. Provisions as to the Administration and Control, http://lawmin.nic.in/olwing/coi/coi-english/Const.Pock%202Pg.Rom8Fsss(33).pdf Arxivləşdirilib 2017-10-25 at the Wayback Machine (дата обращения: 23.08.2017)
- ↑ THE CONSTITUTION OF INDIA. SIXTH SCHEDULE [Articles 244(2) and 275(1)] Provisions as to the Administration of Tribal Areas in the States of Assam, Meghalaya, Tripura and Mizoram, http://lawmin.nic.in/olwing/coi/coi-english/Const.Pock%202Pg.Rom8Fsss(34).pdf Arxivləşdirilib 2017-08-09 at the Wayback Machine (дата обращения: 23.08.2017)
- ↑ THE CONSTITUTION (SCHEDULED CASTES) ORDER, 1950, http://lawmin.nic.in/ld/subord/rule3a.htm Arxivləşdirilib 2009-06-19 at the Wayback Machine (дата обращения: 23.08.2017)
- ↑ THE CONSTITUTION (SCHEDULED TRIBES) ORDER, 1950, http://lawmin.nic.in/ld/subord/rule9a.htm Arxivləşdirilib 2017-09-20 at the Wayback Machine (дата обращения: 23.08.2017)