Orange

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa, brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Orange
Orange loqotipi
Orange loqotipi
Ümumi məlumatlar
Tipi Mobil rabitə operatoru
Sənaye Mobil rabitə,Telekomunikasiya
Məhsulları mobil telefon, IPTV, Broadband, İnternet xidmət provayderi
Təsis tarixi 28 aprel 1994
Baş qərargahın yeri Paris, Fransa Fransa
İqtisadi göstəriciləri
Ümumi kapital
  • 31.784.000.000 € (31 dekabr 2022)[1]
Ümumi aktivlər
  • 109.650.000.000 € (31 dekabr 2022)[1]
Ümumi gəliri 39 milyard € (sentyabr 2009)
Xalis mənfəəti
  • 2.440.000.000 € (2023)[2]
Əməliyyat mənfəəti
  • 4.969.000.000 € (2023)[2]
Struktur
İşçi sayı
  • 132.002 nəf. (31 dekabr 2021)[3]
Tərəfdaşlar Orange Armenia[d]
www.orange.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Orange fransız mənşəli, beynəlxalq GSM Operatorudur.

Tarixi

1994-cü ildə Parisdə yaradılmışdır. 2000-ci ildə France Télécom 'la birləşərək Fransanın ən böyük telekommunikasiya quruluşu olmaqla qalmamış dünya arenasına da çıxmışdır. 2001-ci ildə Itineris, Ola və Mobicarte şirkətləri Orange 'ın sıralarına qatılmışdır. Bunu 2006-cı ildə Wanadoo və MaLigneTV də izləmişdir. % 100 Fransız kapitalı olan şirkət hal-hazırda da bu xüsusiyyətini itirməmiş bir anonim şirkətidir.

Sektordakı yeri

Orange Telekom 17 ölkədə xidmət verən dünyanın ən böyük GSM Operatorlarından biridir. Vodafone ilə arasında böyük bir rəqabət vardır. Ingilislər ilə fransızların arasındakı tarixi səbəblərdən yaranan rəqabət Vodafone və Orange arasında da eyni şəkildə davam etməkdədir. Xüsusilə bu 2 operator bir-birlərindən abunə oğurlamaq və digər operatoru oyundan kənar buraxmaq üçün bir çox bazarda müxtəlif taktikalar tətbiq etməkdədirlər. (Xidmət keyfiyyətini artırma, qiymət qırma kimi.)

Fransada bu rəqabət Orange — SfR arasında gedir. Səbəbi 100% fransız kapitalı olan Orange ın, milliyyətçi fikirlərini sıx olaraq yaşayan fransızlara İngilis Vodafonenin SfR operatoru olaraq ön plana çıxarmaqdır.

30 oktyabr 2009 hesabatlarına görə şirkətin bazar dəyəri, 38,2 milyard avrodur.

Orange 113,784 milyon abonenti ilə dünyanın böyük telekommunikasiya şirketlerindendir. (30 iyun 2008-ci il tarixli Hesabat) Bazar payı 43,5 % ilə 24,326 milyon abonenti ilə də Fransanın ən böyüyüdür.

Beynəlxalq xidməti

Ölkə Operator Qatılım Faizi Abonent Sayı Bazardakı Payı Mövqe
Fransa Orange 100 % 24,326 milyon 43,6 % Birinci
Böyük Britaniya Orange 50 % 32 milyon 37 % İkinci
İspaniya Orange 99,85 % 11,175 milyon 22,1 % Üçüncü
Ermənistan Orange Armenia 100 % -
Avstrya Orange 35 %[4] 2 milyon[5] 18 % Üçüncü
Belçika Mobistar 50,2 % 3,359 milyon 32,7 % İkinci
Kamerun Orange 99,5 % 2,137 milyon 42 % İkinci
Fildişi Sahili Orange 85 % 4 milyon 42,5 % Birinci
Misir Mobinil 51,03 %[6] 20 milyon 51,9 % Birinci
İordaniya Orange 51 % 1,514 milyon 33,7 % İkinci
Madaqasqar Orange 65,9 % 1,3 milyon 63,2 % Birinci
Mali Orange 70,2 % 2 milyon 80 % Birinci
Mauritius Orange 40 % 552 000 59 % Birinci
Moldova Respublikası Orange 94,3 % 1,789 milyon[7] 64,6 % Birinci
Polşa Orange 0 % (TPSA 47,5 %) 13,7 milyon 30,5 % İkinci
Portuqaliya Optimus 38 % 3,1 milyon 19 % Üçüncü
Rumıniya Orange 96,8 % 9,813 milyon 43,6 % Birinci
Slovakiya Orange 100 % 2,864 milyon 49,7 % Birinci
İsveçrə Orange 100 % 1,510 milyon 18,7 % Üçüncü
Kenya Orange Kenya 51 % 600 000 5 % Üçüncü
Uganda Orange Uganda Limited 53 %
Tunis Orange Tunisie 49 % 676.000 8 % Üçüncü
Ekvatorial Qvineya Orange Guinée équatoriale

Xidməti (Orange Business Services)

Livebox, Flybox, Unik, İnternet Everywhere və Orange World məhsullarıyla xidmət göstərir.

Orange Business Services 1 iyun 2006 tarixindən etibarən, France Telecom qrupunun bütün təşkilati işlərini və xidmətlərini iş dünyasına təqdim etməkdədir. Bu həll və xidmətlər daha əvvəl Equant, France Telecom Intelmatique, Orange, Etrali, France Telecom, Almerys, SETIB, Expertel Consulting, EGT və Solicia firmaları tərəfindən təqdim olunmaqdaydı. Orange Business Services 166 qlobal nöqtədə yerləşdirilmiş şöbə və personallarıyla 220 ölkəyə xidmət göstərməkdədir.

Orange Mağazası

Mükafatları

Telemark qiymətləndirmələrinə və Müştəri Məmnuniyyəti indeksində görə;

Orange Business Services Müştəri Dəstəyi və Görüş sahəsində Ən Yaxşı Qlobal Operator (Best Global Operator for Customer Support and Meeting Requirements) olaraq qəbul edilməkdədir.

  • Bundan başqa Orange Business Services ən yüksək Sədaqət faizinə 64 % ilə çataraq rəqiblərini geridə qoymuşdur. Orange Business Services 3,15 % ilə ən aşağı məmnuniyyətsizlik fazizinə malikdir.
  • Müsahibə edilən 173 müştərilərdən 60 % qədəri Orange Business Services 'i başqalarına məsləhət verəcəklərini ifadə etmişlər, bu nisbət digər operatorlarınkından çox üstündədir.
  • Şəbəkə güvənirlik təmini mövzusunda Orange Business Services "Fövqəladə" deyə qeyd etmişdir,
  • Təhlükəsiz Məlumat Transferi ilə Güvənirlik mövzusunda iki ədəd Telemark "Gold Award" mükafatı daha qazanmışdır.

Orange Business Services eyni zamanda bir çox "Best class" mükafatı da alıb. Mükafatlar səkkiz meyara görə verilir.

İstinadlar