[go: up one dir, main page]

Məzmuna keç

dul

Wiktionary saytından

azərbaycanca: dul

Mənalar :

  1. Ərinin ölümündən sonra ərə getməmiş (qadın); arvadının ölümündən sonra evlənməmiş (kişi). Dul arvad yetim saxlar; Naxırçıya minnət qoyar. (Ata. sözü). Qürbət içrə fəhləliklə saxlar idi öz başın; Həm vətəndə dul anasın, yetim bacı-qardaşın. A.Səhhət. [Mirsaqulu] aldığı maaşla iki ailəni; özünü, iki yetimlə dul bacısını saxlayırdı. S.Hüseyn. _ Dul qalmaq – əri (və ya arvadı) ölmək. [Süleyman:] ..Xala daha bu qədər dul qaldın bəsdir. Ü.Hacıbəyov. Ana tanıyıram iyirmi yaşından, dul qaldı; Bəlalar ötdü başından. B.Vahabzadə. Dul qoymaq – birinin ərini (ya arvadını) öldürmək.
  2. is. Dul kişi, ya dul arvad. [Məhərrəm:] Mən dünən də demişəm, Qurban üçün qız az deyil. Birini alıb ölüb. İndi bir dul alsın və ya dul istəmir, ayrı bir qız alsın. C.Cabbarlı.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]

türkcə:dul (tr) - azərbaycanca:dul (tr)